Zelenski Kurskdan danışdı: “Əsgərlərimizin maksimum həyatını xilas edirik”


Ukrayna ordusu Kursk vilayətində ona verilən tapşırıqları yerinə yetirir.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Kursk vilayətindəki qoşunlarımız öz missiyasını yerinə yetirirlər. Ruslar açıq-aşkar bizim qoşunlara maksimum təzyiq göstərməyə çalışırlar. Hərbi komandanlıq üzərinə düşəni edir - əsgərlərimizin maksimum həyatını xilas edir”, - Zelenski bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusunun Kursk vilayətinin Suca şəhərini tərk etdiyi ilə bağlı məlumat yayılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ