İsrail 5000 kamikadze PUA almağa hazırlaşır


İsrail ordusu 5 min kamikadze pilotsuz uçan aparat (PUA) almağa hazırlaşarkən, Qəzza zolağına hücumlar səbəbilə tətbiq edilən beynəlxalq silah embarqoları qarşısında yerli istehsal tenderdə nəzərdə tutulub.

Turkustan.az xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd FPV kamikadze PUA almağı düşünür.

İsrail ordusunun Qəzzaya hücumları səbəbindən beynəlxalq silah embarqolarına cavab olaraq tenderi qazanan şirkətdən yerli istehsal xətti yaratması tələb edilib.

Bildirilib ki, Kamikadze PUA-ları 10 kilometr uçuş məsafəsi, səkkiz dəqiqəlik uçuş müddəti və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.

Xəbərdə İsrail ordusunun daha əvvəl Qəzza zolağı, Livan və İordan çayının qərb sahilinə hücumlarında FVP kamikadze PUA-larından istifadə etdiyi qeyd edilib.

Qiyməti bir neçə yüz və bir neçə min dollar arasında olan nisbətən kiçik kamikadze dronlar əldə hazırlanmış partlayıcıları daşıya və milyonlarla dollar dəyərində tanklara və silah sistemlərinə zərər verə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ