Ötən il avqustun 6-da Ukrayna ordusunun Rusiyanın cənubundakı Kursk vilayətinə daxil olması ilə müharibədə yeni cəbhə açılıb.
Turkustan.az xəbər verir ki, Rusiya ordusu ilə şiddətli toqquşmaların baş verdiyi bölgədə Ukrayna ordusu sürətlə irəliləyərək qısa zamanda 1268 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib.
Rusiya bölgədə terrora qarşı müharibə elan edib və minlərlə vətəndaşını təhlükəsiz bölgələrə təxliyə edib. Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik güclərindən Ukrayna əsgərlərini Rusiya ərazisindən çıxarmağı və dövlətin təhlükəsizliyini təmin etməyi tələb edib. Rusiyanın bölgəyə 50 mindən çox əsgər göndərdiyi iddia edilib.
Avqust ayında başlayan döyüşlərdən sonra rus ordusu sentyabrda Kursk vilayətində 12 yaşayış məntəqəsini ələ keçirdi.
Noyabrda Ukraynada sülh bərqərar edəcəyinə söz verən Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Rusiya ordusunun Kursk bölgəsində irəliləməsi daha da sürətləndi.
Ötən ilin dekabrında və bu ilin yanvarında Kursk vilayətində 8 yaşayış məntəqəsini ələ keçirən Rusiya ordusu fevralda 5 yaşayış məntəqəsini işğal etdi.
Rusiya və Ukrayna arasında sülh danışıqları keçən ay ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında telefon danışığından sonra gündəmə gəlib. Zelenski Kurskda ələ keçirdikləri torpaqları danışıqlar masasında itirdikləri torpaqlarla dəyişdirməyi təklif edəcəklərini bildirsə də, Rusiya ordusu meydanda irəliləyişini sürətləndirib.
Zelenskinin Trampla Oval kabinetdə qızğın görüşündən sonra, Rusiya ordusu Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna ordusunun Qərbdən gələn HIMARS və ATACMS kimi silahlardan istifadə etdiyi bölgədəki kəşfiyyat məlumatlarının axınını kəsdiyini elan etməsindən bir neçə gün sonra bəzi digər yaşayış məntəqələrini də ələ keçirdi.
Aytən Yaşar/ Turkustan.az