Ağ Ev Kanadanı hədələdi: Nəticəsi sizin üçün pis olacaq!


Ağ Evin sözçüsü Karoline Leavitt mətbuat konfransında Ontario Baş naziri Duq Fordun ABŞ ştatlarına elektrik enerjisi verilməsi planları ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, "Kanada Birləşmiş Ştatlara və vətəndaşlarımıza elektrik enerjisini kəsməyi düşünsə, ciddi nəticələrlə üzləşəcək".

Leavitt Prezident Donald Trampın ABŞ-ın Kanada da daxil olmaqla xarici ölkələrdən elektrik enerjisindən asılı olmamasında qərarlı olduğunu söyləyib və Kanadanın ağıllı bir qərar verəcəyinə ümid etdiyini bildirib.

Leavitt qonşu və tərəfdaş kimi təsvir etdiyi Kanadanın “indi rəqibə çevrilə biləcəyini” söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ