“Maxar” Ukrayna üçün xidməti bərpa etdi


ABŞ-ın “Maxar Technologies” aerokosmik şirkəti Ukrayna ordusunu peyk görüntüləri ilə yenidən təchiz etməyə başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı şirkətə istinadla məlumat yayıb.

Qeyd edək ki, “Maxar” martın 7-dən etibarən Ukrayna ordusunu peyk görüntüləri ilə təchiz etməkdən imtina etmişdi. Şirkət kəşfiyyat məqsədləri üçün istifadə olunan Yer səthinin müxtəlif hissələrinin yüksək dəqiqlikli fotolarını təqdim edir. “Maxar” Ukrayna Silahlı Qüvvələrinə bu cür görüntülərin əsas tədarükçüsü olub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ