Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la yaxın günlərdə danışıqların mümkünlüyünü istisna etmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Zaxarovanın bəyanatı ABŞ prezidenti Donald Trampın Rusiya ilə görüşəcəklərini açıqlamasından sonra verilib.
ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini açıqlayıb və Rusiyanın ABŞ-Ukrayna görüşündən irəli gələn atəşkəs təklifini qəbul edəcəyinə ümid etdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna arasında 9 saatlıq görüşdən sonra açıqlama verib.
Ukraynanın 30 günlük müvəqqəti atəşkəs təklifini qəbul etdiyini bildirən Rubio, təklifin Rusiyaya təqdim ediləcəyini və prosesin davam etdirilməsinin Rusiyanın qərarından asılı olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az