Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməyə başlamasından sonra 26 milyard avro dəyərində əks tədbirlər tətbiq edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Aİ Komissiyası ABŞ-ın yeni polad və alüminium tariflərinin ədalətsiz olduğunu və "sürətli və mütənasib" əks tədbirlərə başladığını açıqlayıb.
Bəyanatda deyilir ki, ABŞ-ın rüsum tətbiq etmək qərarı transatlantik ticarəti pozacaq, müəssisələrə və istehlakçılara zərər verəcək və qiymət artımına səbəb olacaq.
AB Komissiyasının yeni tariflərə diqqətlə kalibrlənmiş iki mərhələli reaksiya ilə cavab verəcəyi bildirilən açıqlamada, ilk mərhələnin əvvəllər hazırlanmış və dayandırılmış əks tədbirlərin həyata keçiriləcəyi vurğulanarkən, iqtisadi zərərə cavab olaraq 8 milyard avro dəyərində ABŞ məhsullarının hədəf alınacağı və aprelin 1-dən etibarən qüvvəyə minəcəyi ifadə edildi.
Bəyanatda qeyd olunub ki, ikinci mərhələ Aİ-nin 18 milyard avrodan çox ixracatına təsir edən ABŞ tariflərinə qarşı yeni tədbirləri əhatə edəcək və aprelin 13-də qüvvəyə minəcək.
Qarşılıqlı tədbirlərin ABŞ-ın tariflərinin iqtisadi əhatəsinə bərabər olan 26 milyard avro dəyərində ABŞ məhsulunu hədəf alacağı ifadə edilən açıqlamada, AB-nin həll üçün danışıqlara hazır olduğu və problemin həll olunduğu təqdirdə tədbirlərin geri çəkiləcəyi də vurğulanıb.
ABŞ-ın polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-dən (bu gün) qüvvəyə minib.
Aytən Yaşar/ Turkustan.az