Saakaşviliyə 9 il HƏBS


Gürcüstanda məhkəmə sabiq prezident Mixail Saakaşvilini 3,2 milyon dollardan çox vəsaitin mənimsənilməsinə görə doqquz il həbs cəzasına məhkum edib.

"Cebheinfo.az" Gürcüstanın "Mtavari Arxi" telekanalına istinadən xəbər verir. Məhkəmənin qərarına əsasən, Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuroz Canaşiya da təqsirli bilinib. Lakin o, yalnız 3 min lari (1 min dollardan çox) məbləğində cərimə ilə cəzalandırılıb. Hökmü hakim Badri Koçlamazashvili elan edib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ