"Atəşkəs təklifi müharibəyə son qoyacaq" - Ukrayna XİN


Ukraynanın xarici işlər naziri Andrii Sybiha ABŞ-ın 30 günlük atəşkəs təklifini “müharibənin ədalətli sona çatmasına yol açmaq səyi” kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Sybiha sosial media hesabından verdiyi yazılı açıqlamada Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantını dəyərləndirib.

Atəşkəs təklifinin əhəmiyyətinə toxunan Sybiha, "Belə bir müvəqqəti atəşkəs niyə vacibdir? Çünki bu, heç bir şəkildə dondurulmuş bir münaqişə ilə bağlı deyil. Bu, sadəcə olaraq, müharibənin ədalətli sona çatması üçün zəmin yaratmaq səyidir" deyib.

Sybiha xəbər verir ki, Ciddə görüşünün bəyannaməsində ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi yardımı "dərhal bərpa etməsini" şərtləndirən maddə də var.

Ukrayna və ABŞ liderlərinin nadir torpaqlar sazişinin imzalanması ilə bağlı birbaşa müsbət siqnal göndərdiyini qeyd edən Sybiha, "Üstəlik, bu razılaşma ABŞ-ın Ukraynanın uzunmüddətli rifah və təhlükəsizliyinə zəmanət verməsi ilə birbaşa bağlıdır. Bu, Ukrayna tərəfinin də arzusu idi"-deyə, bildirib.

Sybiha müvəqqəti atəşkəsin Rusiya tərəfindən qəbul ediləcəyi təqdirdə tətbiq ediləcəyini və qüvvəyə minəcəyini vurğulayıb.

Aytən Yaşar/ Tutkustan.az


MANŞET XƏBƏRLƏRİ