Rusiya qoşunu bir ildən artıq müddətdə ilk dəfə olaraq Donbasda hücumu dayandırıb və hətta ələ keçirilən ərazilərin bir hissəsinə nəzarəti itirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Blumberq” “Deep State” analitik resursuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücumun başa çatması ABŞ və Ukrayna arasında martın 11-də Səudiyyə Ərəbistanında baş tutan danışıqlara təsadüf edib:
“Ukrayna qüvvələri ölkənin şərqindəki, xüsusən də Donetsk vilayətində silahlı qüvvələrinin təchizatı üçün əsas logistika mərkəzi olan strateji əhəmiyyətli Pokrovsk şəhəri ərazisindəki rus bölmələrini tədricən sıxışdırıb. Bundan əvvəl, 2024-cü ilin yanvarından başlayaraq, Rusiya ordusu il ərzində ümumilikdə 4168 kvadrat kilometr ərazini ələ keçirərək, daima hücumda olub. Bu ərazini Sankt-Peterburq kimi üç şəhərlə müqayisə etmək olar”. /axar.az/