Tramp Maska dəstək üçün TESLA aldı - VİDEO


ABŞ prezidenti Donald Tramp Ağ Evin bağçasında Tesla sahibi amerikalı iş adamı İlon Maskla Tesla markalı avtomobilə minib.

Turkustan.az xəbər verir ki, İlon Maskın Avropa siyasətinə qarışmasından sonra Tesla satışlarının düşməsinə qarşı Maskın yanında olmaq istəyən Tramp Tesla avtomobili alacağını açıqlayıb.

Mask ilə avtomobilə minən Tramp "Bu yaxşıdır. Fərqli paneldir, hər şey kompüterdir. Sizcə, Bayden bu avtomobilə minə bilərmi? Məncə yox"-deyə, bildirib.

Tesla avtomobili aldığı bildirilən Tramp Maska qarşı etirazlara da müraciət edərək, "Əvvəla, bu, əla məhsuldur. İkincisi, Mask bütün gücünü buna sərf etdi. Məncə, ona qarşı çox pis davranıldı. Mənə qeydlər verdilər. Onlara dedim, mən Bayden deyiləm. Qeydlərə ehtiyacım yoxdur"-deyə, əlavə edib.

Mask Teslanın satışlarını da qiymətləndirib və Trampın siyasətləri ilə Tesla istehsalının iki qat artacağını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ