ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini etiraf edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Nəşr bildirir ki, bu barədə məlumat ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların başa çatmasından az sonra verilib.
Qeyd edək ki, Zelenski Ağ Evin Oval kabinetində baş verən insidentə görə Trampdan üzr istəyib.