Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hazırda Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sum, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də hava hücumu sirenləri işləyir.
Rusiya Teleqram kanalları Rusiya bombardmançı təyyarələrinin və qırıcılarının havaya qalxdığı haqda məlumat yayıb.
Qeyd edək ki, az öncə Ukraynanın 11 martda Moskvaya kütləvi PUA hücumuna cavab məqsədilə Putinin TŞ üzvləri ilə Kremldə müzakirə keçirdiyi haqda məlumat yayılmışdı. /axar.az/