ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.
Turkustan.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə dövlət katibi Marko Rubio deyib.
O, jurnalistlərin bu məsləhətləşmələrin nəticələri barədə Rusiya Federasiyasına məlumat verməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualına müsbət cavab verib. “Biz onlara deyəcəyik ki, masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və ruslar indi bu məsələyə “hə” və ya “yox” deməli olacaqlar."
Aytən Yaşar/ Turkustan.az