İran ABŞ prezidenti Donald Trampın nüvə proqramı üzrə danışıqlar təklifinə mənfi cavablar almaqda davam edir.
Turkustan.az xəbər verir ki, İranın ali dini lideri Əli Xamneyinin ardınca İran prezidenti Məsud Pezeşkian da danışıqlar təklifini açıq şəkildə rədd edib.
Pezeşkian ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə davranışını utancverici adlandıraraq deyib:
"Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların "biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm" demələri qəbuledilməzdir;
Ümumiyyətlə səninlə danışıqlara gəlməyəcəyəm, nə qələt istəyirsən et!".
Bildirək ki, Tramp Fox Business-ə müsahibə verərək, İranla ya sövdələşmənin, ya da hərbi müdaxilənin ola biləcəyinə işarə etmişdi.
Aytən Yaşar/ Turkustan.az