Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Turkustan.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Lavrov Sinirlioğlunun diplomatik təcrübəsinə toxunaraq onu tərifləyib.
Lavrov ötən ilin dekabrında vəzifəyə başlayan Siniroğlunun vəzifəsinə çətin bir zamanda başladığını və Sinirlioğlunun öz təcrübəsi ilə ATƏT-i əsas prinsiplərinə qaytaracağını bildirib.
Lavrov isə Qərbin siyasətini tənqid edib. Qərbin ATƏT daxilində konsensusu məhv etməyə çalışdığını iddia edən Lavrov “Qərb yəqin ki, şeytandan başqa heç nəyə inanmır” deyib. O, həmçinin bəyan edib ki, Ukrayna böhranının həlli üçün ABŞ-la əlaqə saxlamağa davam edəcək.
Lavrov Fransa və Britaniyanın Ukraynaya sülhməramlılar göndərmək təklifi ilə bağlı Rusiyanın mövqeyini bir daha təkrarlayıb. Sülhməramlı qüvvələrin Kiyevdəki administrasiyanı xilas etmək məqsədi daşıdığını bildirən Lavrov bu təklifə qarşı olduqlarını bir daha vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az