Ukrayna əsgərləri ABŞ-a təşəkkür etdi


ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ağ Evdəki mübahisələr nəticəsində gərginləşən ABŞ-Ukrayna münasibətlərini yaxşılaşdırmaq üçün danışıqlar aparılır.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü davam edir. AFP-yə danışan Ukrayna rəsmilərinin sözlərinə görə, hazırda danışıqlar yaxşı gedir.

Görüş davam edərkən, Ukrayna Ordusu rəsmi X hesabı vasitəsilə ABŞ və Amerika xalqına təşəkkür videosu yayımladı.

Donald Tramp Zelenskini ABŞ-ın ona verdiyi dəstəyə görə təşəkkür etmədiyinə görə qınayıb. Ukrayna əsgərləri videoda Amerika xalqına təşəkkür edib və ABŞ-ın verdiyi dəstəyi vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ