İstefa verən Trüdo öz kreslosunu da apardı


Kanadanın istefa verən baş naziri Castin Trüdo parlamenti tərk edərkən doqquz il İcmalar Palatasında tutduğu kreslosunu da özü ilə aparıb.

Turkustan.az xəbər verir ki, Trüdo dilini çıxararaq mətbuata poza verib. Görüntüləri izləyən hər kəs “Divan sevgisi” şərhini yazıb.
2015-ci ildən Kanadanın baş naziri olan Castin Trüdo 9 ildən sonra tutduğu vəzifədən istefa verib. ABŞ prezidenti Donald Trampla
toqquşmasında məğlub olan Trüdo həm də partiyadaxili təzyiqlər və Trampın 25%-lik tariflərlə bağlı təhdidləri ilə mübarizə apararkən ictimai dəstəyi də itirib.

Qeyd edək ki, Kanada parlament qaydalarına əsasən, keçmiş baş nazir palatadakı kreslosunun surətini ala bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ