Şara: Qan tökənlər ən yaxın adamlarımız olsa belə, cəzasız qalmayacaqlar


Suriya prezidenti Əhməd əş-Şara ötən həftə Suriyada hökumət qüvvələri ilə Nusayri xalqı arasında 4 gündür davam edən qarşıdurmalar və nəticədə mülki itkilərlə bağlı Britaniyanın Reuters xəbər agentliyinə müsahibə verib.

Turkustan.az xəbər verir ki, Əl-Şara qırğını əcnəbilərin dəstəklədiyi Əsəd tərəfdarı qrupların təşəbbüskarı olduğunu iddia etsə də, qisas məqsədli qətllərin də Dəməşqə sadiq əsgərlər tərəfindən həyata keçirildiyini bildirib. "Suriya hüquqi dövlətdir. Qanun hamı üçün işləyəcək. Biz məzlumları müdafiə etmək üçün mübarizə apardıq və heç kimin qanının haqsız yerə tökülməsinə icazə verməyəcəyik. Bizə ən yaxın olanlar belə qan tökənlərin cəzasız qalmasına icazə verməyəcəyik"-deyə, Əl-Şara əlavə edib.

Əl-Şara zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərin köhnə rejimin tərəfdarları, Əsədin qardaşı Maher Əsədə bağlı olan 4-cü diviziya üzvləri və xarici qüvvələr olduğunu bildirib. O, ölkədə xaos və ictimai parçalanma yaratmağı hədəfləyən sözügedən qrupların cümə axşamı toqquşmalara başladığını,Suriya sahillərinə girdiyini və pozuntuların baş verdiyini etiraf edib.

"Bu, illərlə yatırılmış düşmənçilik əməliyyatlarının qisasını almaq üçün bir fürsət oldu"- Suriya lideri ölkədə vəziyyətin böyük ölçüdə nəzarət altında olduğunu bəyan edib.

Hadisələrə qarışan xarici gücün mənbəyini açıqlamayan əl-Şara “Suriyada yaranmış yeni vəziyyətdən zərər görən tərəfləri” qeyd etməklə dolayısı ilə İrana istinad edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ