Peskov: Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıqdır


Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıq olaraq qalır və məqsədlərinə diplomatiya yolu ilə nail olmağa üstünlük verir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya dinc səylərə, Ukrayna ətrafında sülh yolu ilə nizamlanmaya açıqdır. Biz öz məqsədlərimizə dinc və diplomatik yollarla nail olmağa üstünlük veririk", - Bloomberg onun sözlərini sitat gətirib.

“Əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu aydınlaşarsa, bu, tamam başqa hekayə olacaq”-deyə, Kreml sözçüsü əlavə edib.

Martın 5-də ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskidən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara hazır olduğunu bildirən məktub aldığını açıqlayıb. Mesaj Ağ Evdə Trampla Zelenski arasında mübahisədən bir neçə gün sonra göndərilib və nəticədə Amerika lideri Kiyev rejiminin rəhbərinin Vaşinqtona hörmətsizlik etdiyini və Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə hazır olmadığını bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ