Tramp 5 milyarderi ziyana saldı - ADLAR


ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimində iştirak edən 5 milyarder, o, rəsmi olaraq vəzifəyə başladıqdan sonra ümumilikdə 209 milyard dollar itirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Agentliyin məlumatına görə, inauqurasiyadan sonra gəlirləri nəzərəçarpacaq dərəcədə azalan şəxslərin siyahısına İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Sergey Brin və Bernar Arno daxildir.

Nəşr qeyd edir ki, Musk hamıdan çox - 148 milyard itirib. Digər məşhur iş adamı, Amazon-un qurucusu Ceff Bezos 29 milyard dollar itirib və onun şirkətinin səhmləri yanvarın 17-dən etibarən 14% ucuzlaşıb.

Google-un qurucularından biri Sergey Brin Tramp hakimiyyətə gəldikdən sonra 22 milyard dollar itirib. Bundan əlavə, Meta-nın həmtəsisçisi və baş direktoru Zukerberq və "LVMH Arno"nun baş direktorunun gəlirlərində də əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Onların hər biri 5 milyard dollar itirib.

Bundan əvvəl “Forbes” jurnalı amerikalı milyarder İlon Maskın sərvətinin 2024-cü ilin dekabrından birjanın çökməsi səbəbindən 116 milyard dollar azaldığını yazmışdı. Real vaxt rejimində yenilənən nəşrin məlumatına görə, martın 4-də SpaceX-in yaradıcısı və Tesla-nın baş direktorunun sərvəti daha 7,1 milyard dollar azalaraq 347,7 milyard dollar təşkil edib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ