ABŞ-ın NATO-dan çıxma ehtimalı Moskvanın işi deyil.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə NATO-dan narazılığını bildirib. Amerika lideri Qərb ölkələrini təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımağa başlamasalar, alyansdan çıxacaqları ilə hədələyib.
Qeyd edək ki, bir gün əvvəl Yuta ştatının respublikaçı nümayəndəsi Avropanın ABŞ-a bankomat kimi yanaşdığını deyərək, ölkənin NATO-dan çıxmasının vaxtının yetişdiyini vurğulayıb. Onun fikrini İlon Mask da dəstəkləyib./publika.az