“Tramp və əmim oğlu Putinin xeyrinə işləyən axmaqlarıdır” - Vitse-prezidentin qohumu


Ukraynada 3 il döyüşmüş amerikalı: “Silah yoldaşlarımı öldürəcək siyasətə”...

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens əmisi oğlu qəzəblidir. ABŞ prezidenti Tramp və onun vitse-prezidentinin hazırda yeritdiyi siyasət 3 il Ukrayna uğrunda döyüşən əsgəri özündən çıxarıb. O deyir: “Tramp və əmim oğlu Putinin xeyrinə işləyən (idiotlardır) axmaqlarıdır”.

47 yaşlı Nate Vens Fransanın məşhur «Le Figaro» qəzetinə açıqlamasında belə deyib. Əsgər əmisi oğlunu belə təsvir edib: "O, "yaxşı və ağıllı oğlandır". Amma o, Ukrayna siyasətində yanılır".
Əvvəlcə Nate inanırdı ki, Ceyms Vens yalnız seçki məqsədi üçün ABŞ-ın Ukraynaya silah tədarükünü tənqid edir: “Düşünürdüm ki, “siyasət oyunudur”. Ona görə əmioğlu belə danışır”.

Lakin sonra Ağ Evdə qalmaqal yaşandı. ABŞ prezidenti Donald Tramp və onun vitse-prezidenti Ukrayna lideri Zelenski ilə didişdi. "Bu, onların Zelenskiyə qurduğu vəhşi bir pusqu idi", - deyə texaslı baş vermiş qalmaqalı şərh edir. Əmisi oğlunun Zelenski ilə bağlı səsləndirdiyi ittihamlar Ukraynada döyüşmüş əsgəri şoka salıb:
"Mən elə bildim ki, indicə boğulub öləcəm. Ukrayna ilə bağlı qərəzdən uzaq həqiqətləri əmim oğluna özüm deyə bilərəm”.


“Donald Tramp və əmim oğlu Vladimir Putini sakitləşdirə biləcəklərinə inanırlar. Onlara demək istəyirəm ki, siz səhv edirsiniz. Neyt Vens üç il “Da Vinçi Qurdlar” batalyonunda xidmət edib. 18 yaşında ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulub və orada 4 il xidmətdə olub. Daha sonra sakit həyat sürüb və neft şirkətində çalışıb. 2022-ci ilin martında o, Ukraynaya səfər etmək və Rusiyaya qarşı mübarizədə ölkəyə dəstək vermək qərarına gəlib:

“Gördüm ki, tarix mənim gözümün qarşısında baş verir. Mən də nəsə etməliyəm”...

Nate Vens deyir ki, o, bir neçə dəfə əmisi oğluna zəng vurmağa çalışıb. Bütün cəhdləri uğursuz olub. “Ukraynada döyüşən bir əsgərin senatorla əlaqə saxlamsı asan iş deyil. Onun ofisinə mesaj göndərdim. Amma ondan xəbər gəlmədi”.

2025-ci ilin yanvar ayında, Ceyms Devid Vens vəzifəyə başlamazdan bir müddət əvvəl əmisi oğlu Nate Vens ABŞ-a qayıdıb.

Amerikalı son həftələrdə baş verən hadisələrdən şokdadır. O, əmisi oğlunun Ukrayna siyasətini başa düşmür. “Səninlə qohum olmağım o demək deyil ki, sənin silah yoldaşlarımı öldürəcək siyasətini qəbul edəcəm”, - Nate Vens vitse-prezident olan əmisi oğlundan şikayətlənib.

Bu müsahibə bir daha sübut edir ki, ABŞ-ın özündə də D.Trampın yeritdiyi Ukrayna siyasətinə ciddi etiraz var. Hətta insanlar öz qohumlarına görə Ukraynadan vaz keçmək istəmirlər.

https://www.lefigaro.fr/international/nous-sommes-les-idiots-utiles-de-vladimir-poutine-nate-cousin-germain-de-jd-vance-et-combattant-volontaire-en-ukraine-20250309

Elbəyi Həsənli. Sürix


MANŞET XƏBƏRLƏRİ