CAIR: Qəzza soyqırımı ABŞ-da islamofobiya dalğasını alovlandırır


ABŞ-ın ən böyük müsəlman vətəndaş cəmiyyəti təşkilatlarından biri olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) Qəzzaya edilən hücumlarla ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik və hücum hallarının keçən il 7,4 faiz artdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, CAIR 2024-cü ildə baş verən hadisələrlə bağlı hesabatında qeyd edib ki, 2024-cü il müsəlmanlar və ərəblər əleyhinə ən çox şikayətlərin alındığı il olub və bu rəqəm 8658 olub.

Hesabata görə, şikayətlərin əksəriyyətini 15,4 faizlə məşğulluq ayrı-seçkiliyi, 14,8 faizlə immiqrasiya və sığınacaqla bağlı şikayətlər təşkil edib. Şikayətlər arasında müsəlman və fələstinli tələbələrə qarşı ayrı-seçkilik 9,8 faiz, müsəlmanlara və ya ərəblərə qarşı nifrət cinayətləri isə 7,5 faiz təşkil edib.

Xüsusilə 2024-cü ildə bu rəqəmin artmasında ən həlledici faktorun İsrailin Qəzzaya qarşı başlatdığı hücumlar olduğu vurğulanan hesabatda, ABŞ-da antisemitizm, islamafobiya və ərəblərə qarşı təəssübkeşliyin tətikləndiyi qeyd edilib.

Hesabatda oktyabrın 7-dən sonra ABŞ-da universitetlərdə İsrailə dəstək və əməkdaşlığa etiraz olaraq başlayan tələbə etirazlarına da toxunulub, dövlətin universitetlərə təzyiqi, polisin qeyri-mütənasib güc tətbiqi, tələbələrin saxlanması və ya onlara qarşı araşdırmaların başlanması diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ