Trampın ələ keçirmək istədiyi Qrenlandiyada səsvermə başladı


ABŞ prezidenti Donald Trampın “nəzarəti ələ keçirmək” təhdidləri fonunda Qrenlandiyada seçicilər bu gün parlamentin tərkibinə qərar vermək üçün səsverməyə gedirlər.

Turkustan.az xəbər verir ki, Qrenlandiyanın paytaxtı Nuukda ölkədə ümumi seçkilər üçün yeganə seçki məntəqəsi yaradılıb.

Dünyanın ən böyük adasında bu gün keçiriləcək seçkilərdə 31 yerlik İnatsisartut parlamentinin strukturu müəyyənləşəcək.

Səsvermə yerli vaxtla saat 09:00-da başlayacaq və axşam saat 20:00-da başa çatacaq.

Qrenlandiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 57 min əhalisi olan adada təxminən 40 min 500 nəfər səsvermə hüququna malikdir.

Seçkilərin hazırkı baş nazir Mute Bourup Egedenin rəhbərlik etdiyi İnuit Ataqatigiit (Xalq İcması) Partiyası ilə Erik Jensenin rəhbərlik etdiyi müstəqillik tərəfdarı Siumut Partiyası arasında mübarizə aparacağı gözlənilir.

Son sorğular göstərir ki, Inuit Ataqatigiit 31 faizlə liderdir, Siumut 21,9 faizlə ikinci yerdədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ