2024-cü il iyulun 13-də sui-qəsd cəhdi zamanı prezident Donald Trampı qoruyan Şon Kurran ABŞ Məxfi Xidmətinin direktoru kimi and içib.
Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə Kurranın andiçmə mərasimində iştirak edib
Tramp buradakı çıxışında Kurranın böyük bir iş görəcəyini vurğulayaraq, "Sizi gözəl ailəsi olan qeyri-adi bir insan olaraq təbrik etmək istəyirəm" deyib.
"O, ən mürəkkəb hadisələr üçün əməliyyat təhlükəsizlik planlarını idarə etməyə qadir olduğunu sübut etdi. Pensilvaniyadakı bir sui-qəsdçinin gülləsindən məni xilas etmək üçün öz həyatını riskə ataraq qorxmaz cəsarət göstərdi. Mən onun Gizli Xidməti həmişə olduğundan daha güclü edə biləcəyinə tam etibar edirəm"-deyə, ABŞ lideri bildirib.
Aytən Yaşar/ Turkustan.az