Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun Kiyevi dəstəkləməkdən imtina etməsi ilə bağlı “çəhrayı eynək taxmağa” tələsməməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Kreml nümayəndəsi bu fikri “Müasir media: imkanlar, çağırışlar, təhlükələr” adlı Ümumrusiya elmi-praktik konfransında çıxışı zamanı deyib.
"İndi çəhrayı rəngli eynək taxmağa tələsməyə ehtiyac yoxdur. Biz həmişə ən yaxşısına ümid etməliyik, amma yenə də ən pisə hazır olmalıyıq. Və biz öz maraqlarımızı müdafiə etməliyik"-deyə, Peskov bildirib.
O vurğulayıb ki, “deyirlər ki, amerikalılar silah tədarükünü dayandıracaqlar və ya artıq dayandırıblar, Mask öz rabitə sistemlərini söndürəcək və hər şey bizim xeyrimizə olacaq. Amma biz tələsməməliyik. Görək nəticə necə olacaq".
Aytən Yaşar/ Turkustan.az