“The New York Times” bu yaxınlarda ABŞ dövlət katibi Marko Rubio və İlon Maskın Nazirlər Kabinetinin iclası zamanı mübahisə etdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isə sosial mediada Rubio ilə Mask arasında heç bir döyüş olmadığını açıqlayıb və xəbərin saxta olduğunu bildirib.
NYT qəzetinə Nazirlər Kabinetinin iclasından xəbəri olan mənbələr danışıb.
Mənbələrin bildirdiyinə görə, görüş zamanı Mask katib Rubionu, “heç kəsi işdən çıxarmamısınız” deyərək, işçilərin sayını azaltmamaqda günahlandırıb.
Rubio Maskın vicdansız olduğunu söyləyib və Dövlət Departamentində "erkən təqaüdə çıxan 1500 nəfərin" işdən çıxarılma hesab edilib-edilmədiyini və Maskın "işdən çıxarma şousu göstərə bilməsi" üçün həmin insanları yenidən işə götürməyə hazır olub-olmadığını soruşub.
İkisi arasında mübahisə uzandıqdan sonra Tramp "fantastik iş" etdiyi dediyi Rubionu müdafiə etmək üçün müdaxilə edib.
Tramp deyib ki, Rubionun işləri çoxdur və çox səyahət edir, ona görə də hamı birlikdə işləməlidir.
Aytən Yaşar/ Turkustan.az