ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik etdiyi iddiasına sərt cavab verib.
Turkustan.az xəbər verir ki, “The Washington Post” qəzetinin müxbiri “Sizcə, Putin Ukraynaya hücumlarını davam etdirməklə sizə hörmətsizlik edirmi?”, - deyə Amerika liderindən soruşub.
“Kim? Kim?... O, mənə hörmətlə yanaşmır? Harada işləyirsiniz?” - Tramp jurnalistdən soruşub.
“Maykl Börnbaum, “Washington Post”, - deyə jurnalist özünü təqdim edib.
“Siz mənim etimadımı itirdiniz. Davam edək”, - deyərək Tramp digər suallara keçib.
Sözügedən görüntüləri təqdim edirik:
/Qafqazinfo/