Ukrayna ərazilərini güzəştə getməlidir – Rubio


Ukrayna istənilən sülh danışıqları zamanı ərazilərini güzəştə getməli olacaq.

Turkustan.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, Rusiya müharibəyə bu və ya digər üsulla son qoymaq üçün “çətin addımlar” atmalıdır.

“Düşünürəm ki, hər iki tərəf bu münaqişənin silah yolu ilə həllinin mümkün olmayacağını anlamalıdır. Rusiya bütün Ukraynanı zəbt edə bilməz və təbii ki, Ukraynaya da qısa müddət ərzində onları 2014-cü ildə olduqları sərhədlərə qaytarmaq çox çətin olacaq”, – dövlət katibi bildirib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ