Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin müşaviri Dmitri Litvin məlumat verib.
Səudiyyə Ərəbistanı Ukrayna və ABŞ arasında danışıqların Ciddə şəhərində keçiriləcəyini açıqlayıb .
Prezident Vladimir Zelenski qeyd edib ki, Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə görüşdə Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sıbiqa və Ukraynanın müdafiə naziri Rustem Umerov təmsil edəcək .
Media qeyd edib ki, ABŞ administrasiyasının rəsmiləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqlarda Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyaya güzəştə getməyə hazır olub-olmadığını müəyyən etmək niyyətindədir.
CNN-in məlumatına görə, ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda görüşəcəklər.
Aytən Yaşar/ Turkustan.az