ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsi ilə bağlı gələcək qərarları Kiyevin münaqişənin həlli ilə bağlı addımlarından asılıdır.
Turkustan.az xəbər verir ki, bu barədə Vashington Post məlumat yayıb .
Adını açıqlamayan ABŞ rəsmilərinə istinadən o, “hərbi və kəşfiyyat dəstəyinin yenilənməsi Ukraynanın hərəkətlərindən asılı olacaq” deyib. Vurğulanır ki, “Vaşinqton Moskva ilə Kiyev arasında atəşkəs prosesini sürətləndirməyə çalışır”. Qəzetin yazdığına görə, ABŞ administrasiyası “Ukraynanın sülh sazişi üzrə əməkdaşlığa hazır olduğuna ümid etdiyini” ifadə edir. Bununla belə, Amerika tərəfi Ciddədə Amerika və Ukrayna tərəflərinin görüşü öncəsi Kiyevə hərbi və ya kəşfiyyat dəstəyinin bərpasına heç bir zəmanət verməyəcək"-deyə, nəşr yazır.
Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının martın 11-də baş tutacağı gözlənilir. ABŞ tərəfdən isə onlar dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Vals və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoffun iştirak edəcəklər.
Bildirək ki, ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Birləşmiş Ştatlar faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib.
Aytən Yaşar/ Turkustan.az