Trampın baş müşaviri, amerikalı milyarder iş adamı Mask X hesabından Polşanın xarici işlər naziri Sikorskini hədəf alıb.
Turkustan.az xəbər verir ki, daha əvvəl naziri “kiçik adam” adlandıran Mask bu dəfə Sikorskinin Corc Sorosla münasibəti olduğunu iddia edən bir istifadəçinin X postuna “Bəli, o, Sorosun kuklasıdır” deyə cavab verib.
Polşa xarici işlər naziri Sikorski Maskın Ukrayna ordusuna peyk internet xidmətləri göstərən Starlink-i bağlayacağı ilə bağlı açıqlamalarını tənqid edib.
Sikorskinin paylaşımına reaksiya verən Mask, "Səssiz ol, balaca adam. Sən xərcin bir hissəsini ödəyirsən və Starlinkin əvəzi yoxdur" deyib.
Aytən Yaşar/ Turkustan.az