ABŞ USAID proqramlarının 83%-ni rəsmən bağlayır - Rubio


Dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni rəsmən bağladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə o , X sosial şəbəkəsində yazıb .

“6 həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83%-ni rəsmi olaraq ləğv edirik. "Hazırda ləğv edilən 5200 müqavilə on milyardlarla dollarları ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda hətta zərər vuran) şəkildə xərcləyib "-deyə, Rubio bildirib.

Onun sözlərinə görə, Konqreslə məsləhətləşmələrdən sonra yerdə qalan proqramlar (təxminən 1000) Dövlət Departamenti tərəfindən daha ​​səmərəli idarəeediləcək.

O, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) və gecikmiş bu tarixi islahata nail olmaq üçün çox səy sərf edən digər işçilərə təşəkkür etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ