Kremlin sözçüsü Peskov, ABŞ da daxil olmaqla hər kəsin Ukraynanın sülh istədiyini görmək istədiyini deyib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla bir dəfə telefon danışığı olduğunu qeyd edən Peskov bunun ikitərəfli dialoqun başlanması və ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün kifayət qədər konstruktiv olduğunu vurğulayıb.
"Biz ikitərəfli münasibətlərin dirçəldilməsi prosesinin ilkin mərhələsindəyik. Bizi uzun və çətin yol gözləyir. Ən azı iki lider bununla bağlı siyasi iradə nümayiş etdirib"-deyə, Peskov bildirib.
"Moskva ABŞ və Ukrayna arasında sabah Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan nə gözləyir?" Peskov, "Bizim nə gözlədiyimiz önəmli deyil. ABŞ-ın burada nə gözlədiyi vacibdir. ABŞ müxtəlif səviyyələrdə Ukraynanın sülh istədiyini görmək istədiyini bəyan edib. Məncə, hamı bunu gözləyir. Zelenski administrasiyasının nümayəndələrinin həqiqətən də sülh istəyib-istəmədiyini müəyyən etmək lazımdır" -deyə, cavab verib.
Aytən Yaşar/ Turkustan.az