Suriya MN: Əsəd tərəfdarlarının hücumlarının qarşısı alındı


Suriya Müdafiə Nazirliyi martın 6-7-də Tartus və Latakiyada devrilmiş lider Əsədə sadiq ünsürlər ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, bildirilib ki, "Ordu Əsəd rejimi tərəfdarlarının hücumlarının qarşısını uğurla aldı, hərbi əməliyyat tamamlandı".

"Dövlət qurumları fəaliyyətini davam etdirə bilər. Gələcək təhlükələri aradan qaldırmaq üçün yeni planlar hazırlanıb", - Suriya Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında deyib.

Suriya Müharibəsi Monitorinq Qrupunun məlumatına görə, ölkədəki qarşıdurmalarda 1000-dən çox insan həyatını itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ