Tramp: Qrenlandiyaya milyardlar xərcləməyə hazırıq


ABŞ prezidenti Donald Tramp tez-tez almaq istədiyini dediyi Qrenlandiyada xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini və "onları zənginləşdirmək" üçün milyardlarla dollar sərmayə qoymağa hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini təkrarlayan Tramp, "İkinci Dünya Müharibəsindən bəri olduğu kimi, sizi qorumağa davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq"-deyə, Amerika lideri vurğulayıb.

Tramp əlavə edib ki, əgər istəsələr, Qrenlandiyalılar da ABŞ-ın bir hissəsi kimi qarşılanacaqlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ