“Borcunuzu ödəyin, əks halda…” – KTMT-dən İrəvana xəbərdarlıq


Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödənişlər edə bilməsə, üzv dövlətlər müxtəlif variantları nəzərdən keçirə bilər.

Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “RİA Novosti”yə açıqlamasında deyib.

O qeyd edib ki, 2026-cı ilin yanvarında İrəvanın iki illik borcu yığılacaq.

“Bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil. Ermənistan isə KTMT-dən çıxmaq niyyəti barədə bizə məlumat verməyib. Onlar fəaliyyətlərini dondurublar, təşkilatın üzvü olaraq qalırlar”, – Pankin bildirib.

Qeyd edək ki, bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvanla işgüzar əlaqələrin saxlanıldığını deyib. Onun sözlərinə görə, təşkilatın Ermənistan qarşısında götürdüyü öhdəliklər yerinə yetirilir.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31