Ukrayna cəbhə üçün "İTİ GÖZ" AXTARIŞINA ÇIXDI - Bu ölkədən tələb olunacaq ki...


"Kiyev Vaşinqtonun Ukrayna tərəfinə ötürülməsini məhdudlaşdırmaq qərarından sonra alternativ kəşfiyyat mənbələri axtarır".

Turkustan.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

“Kəşfiyyat məlumatlarının mübadiləsi, onun necə məhdudlaşdırılacağı barədə hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik”, - deyə Umerov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Almaniyadan da məlumatlar tələb olunacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatı verməyi dayandırdığı bildirilirdi. /publika.az/


MANŞET XƏBƏRLƏRİ