Zalujnı Ukrayna Silahlı Qüvvələrinin itkilərini kritik adlandırdı


Ukraynanın Böyük Britaniyadakı səfiri postunu tutan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı müharibənin hazırkı mərhələsində Ukrayna ordusunun itkilərinin sayını kritik adlandırıb.

Turkustan.az teleqraf.com-a istinadən xəbər verir ki, o, bunu Ukrayna Katolik Universitetində çıxışı zamanı deyib.

“Qeydiyyatdan keçmiş 5,5 milyondan 50 minin öldüyünün nə olduğunu hesablayın. Nəticə sıfırdır, çünki bu kritik nöqtədir. Məncə, biz çətin ki, bu nöqtədən keçək", - Zalujnı deyib.

Onun sözlərinə görə, Ukraynada indi praktiki olaraq döyüşəcək heç kim yoxdur, çünki ölkədə 50 minə yaxın insan həlak olub, 300 mindən çox yaralı var.

Zalujnı əlavə edib ki, Rusiya da ciddi itkilərə məruz qalır və bu itkilər kritik həddə yaxınlaşır. Onun məlumatına görə, Rusiya 250 min insanı itirib:

“Bu o demək deyil ki, gedib “torla” adamları tutub cəbhəyə göndərə bilməzlər. Onlar bunu edə bilər. Hətta onları gözəl bir formada düzüb cəbhəyə apara bilərlər, çünki bu, tiraniyadır. Onlar bunu edə bilərlər. Bəs bu əsgərlər döyüşəcəkmi? Bu başqa məsələdir”.


MANŞET XƏBƏRLƏRİ