Prezident Vladimir Zelenski Avropa Şurasının xüsusi iclasında sülh üçün ilk zəruri addımları təqdim edib və tərəfdaşları bu addımları dəstəkləməyə çağırıb.
Turkustan.az xəbər verir ki, bu barədə o , Telegram -da məlumat verib .
"Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır və bu gün mən sülh üçün zəruri olan ilk addımları təqdim etdim və tərəfdaşları da dəstək olmağa çağırdım. Bütün Avropanın sabitliyi və təhlükəsizliyi hər birimizin fəaliyyətindən asılıdır. Biz daha da güclənməliyik, daha texnoloji olmalıyıq, bir-birimizə dəstək olmalıyıq. Biz indi həyatın qayğısına qalmalıyıq"-deyə, Ukrayna lideri bildirib.
Aytən Yaşar/ Turkustan.az