Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şai deyib ki, ABŞ və Rusiya Ukraynada Avropanı istisna edən sülhü tətbiq etməməlidir.
Turkustan.az xəbər verir ki, səfir Lu Pekində Çinin Milli Xalq Məşvərət Konfransının (NPCCC) plenar iclası çərçivəsində keçirilən səfirlər panelində iştirak edib.
Ukrayna ilə bağlı fərqli sülh təkliflərinin bərabər şəkildə müzakirə edilməli olduğunu və bir azlıq tərəfindən diktə edilməməsi lazım olduğunu deyən Lu, "ABŞ və Rusiya Ukraynada sülhə təkbaşına qərar verməməlidir. Xüsusilə diplomatik manevrlərlə küncə sıxışdırıldığını hiss edən Avropa ölkələri bu mövzuda narahatlıqlarını dilə gətirirlər" deyib.
Lu ABŞ prezidenti Donald Trampın Avropaya qarşı “təkəbbürlü” və “despotik” siyasət yürütdüyünü qiymətləndirərək, “Açığı, onun müttəfiqlərinə bu cür davranması Avropa baxımından çox qorxuludur”-deyə, bildirib.
O, həmçinin qeyd edib ki, Avropa Vaşinqton administrasiyasının yanaşmasına baxaraq son illərdə Çinlə münasibətlərinin niyə pisləşdiyini düşünməlidir:
“Avropalı dostlarımız Tramp administrasiyasının siyasəti ilə Çin hökumətinin siyasətini müqayisə etsələr, Çinin diplomatik yanaşmasının sülh, dostluq, xoş niyyət və qazan-qazan əməkdaşlığa əsaslandığını görəcəklər”.
Aytən Yaşar/ Turkustan.az