ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə müharibəyə görə vətənini tərk etməyə məcbur qalan təxminən 240.000 ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Həmin şəxslər risk altındadır, onların sürətli şəkildə deportasiya təhlükəsi var. Aprel ayından etibarən həyata keçirilməsi gözlənilən bu addım, Prezident Co Baydenin administrasiyası dövründə ukraynalılara verilən xoş rəftarın tam əksinə olacaq”,- məlumatda deyilir. /Teleqraf/