Xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə ABŞ prezidenti Trampın hərəkətləri haqqında açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Fidan, "İsrail hər ərəb və müsəlman ölkəsini təhdid olaraq görür və bu son dərəcə təhlükəlidir. Bütün sərhədyanı dövlətləri zəif saxlamaq strategiyası qəbuledilməzdir"-deyə, bildirib.
"ABŞ prezidenti Donald Trampın hərəkətlərinə gəlincə, “Bu, öz mərkəzimizi dizayn edib birləşməyimiz üçün xəbərdarlıqdır”-deyən, Fidan əlavə edib ki, NATO-nun dağılması halında Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir parçası olmaq istəyəcək.
Avropanın təhlükəsizliyi ilə bağlı isə nazir, “Ox yayını tərk etdi və onu geri qaytarmaq mümkün deyil. Prezident Tramp indi Avropadan çəkilməməyi seçsə belə, ola bilsin ki, gələcəkdə oxşar baxışları və siyasi ideyaları olan kimsə Amerikanın Avropa təhlükəsizliyinə töhfəsini azaltmağı düşünə bilər”-deyə, qeyd edib.
Aytən Yaşar/ Turkustan.az