Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin oruc tutub-tutmaması ilə bağlı suala cavab verməkdən imtina edib.
“qazeta.ru”nun xəbərinə görə, Kremlin sözçüsü oruc tutmağın hər bir insan üçün “müqəddəs” olduğunu bildirib.
“Bu ictimai müzakirə edilməməlidir. Biz bu suala cavab verib-verməyəcəyimizi düşündük. Amma oruc tutmaq, hamı üçün o qədər müqəddəsdir ki, yəqin ki, onu ictimai müzakirəyə çıxarmağa dəyməz”.
Qeyd edək ki, martın 3-də provaslav xristianlar üçün 40 günlük “böyük orucluq” müddəti başlayıb.
Məlumat üçün qeyd edək ki, provaslav xristianlar Pasxa bayramından öncəki orucluq müddətində qida qəbulunu məhdudlaşdırır və heyvan mənşəli qidaları rasionlarından çıxarırlar./Bizim.Media