Peskov: Rusiya Ukraynada Avropa qoşunlarının olmasına razı olmayacaq


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, atəşkəsdən sonra Avropa qoşunlarının Ukraynada mümkün olması ilə bağlı Rusiyanın fikri aydındır. Moskva bunu qəbuledilməz hesab etməkdə davam edir.

"Fransa prezidentinin Rusiyaya qarşı çox qarşıdurma xarakterli çıxışı var. Biz Fransa prezidentinin atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istədiyini oxuduq. O, belə açıqlama verib. Bizim isə buna cavabımız olduqca aydındır"-deyə, Kreml nümayəndəsi qeyd edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi NATO hərbçilərinin Ukraynada olmasının Moskva üçün qəbuledilməz olduğunu vurğulamışdı. Bu məsələ ilə bağlı sualları cavablandıran Peskov Rusiya Federasiyasının mövqeyinin Xarici İşlər Nazirliyi tərəfindən tam şəkildə ifadə edildiyinə diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ