Aİ: Avropa açıq və mövcud təhlükə ilə üz-üzədir


Avropa Komissiyasının sədri Ursula von der Leyen fövqəladə Aİ Liderlər Zirvəsi öncəsi Avropa Xalq Partiyasının (EPP) iclasının girişində çıxış edib.

Turkustan.az xəbər verir ki, önümüzdəki saatlarda başlayacaq fövqəladə zirvə üçün bir araya gəldiklərini qeyd edən von der Leyen, "Avropanın açıq və indiki təhlükə ilə üz-üzə olduğunu gördüyümüz fövqəladə bir zamandayıq və biz Avropanı özünü müdafiə və qoruyacaq vəziyyətə salmalıyıq" deyib.

Von der Leyen Ukraynanın özünü qoruyacaq vəziyyətə gətirməsinin və ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayaraq, Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan “Rearm” adlı yeni planı liderlərə təqdim edəcəyini açıqlayıb.

Yeni planın 800 milyard avro dəyərində olduğunu bildirən Von der Leyen bunları qeyd etdi:

"Bu, üzv dövlətləri hərbi xərclər üçün daha çox maliyyə vəsaiti ilə təmin edir və Avropa səviyyəsində birgə satınalmalara imkan verir. Ən əsası, bu, Ukraynaya da fayda verə bilər, çünki bu plan sayəsində üzv dövlətlər Ukraynanın müdafiə sənayesinə sərmayə qoya və ya hərbi imkanlar əldə edib Ukraynaya verə bilər".

Bildirək ki, Brüsseldə görüşən Aİ liderləri Ukraynaya dəstək və Avropanın müdafiə xərclərini artırmaq yollarını müzakirə edəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ