Mask: ABŞ-da özəlləşdirilə bilən hər şeyi özəlləşdirməliyik


Amerikalı milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask yenə öz açıqlaması ilə gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, "Morgan Stanley Technology Media & Telecom" konfransına uzaqdan qatılan Mask USPS və Amtrak kimi qurum və xidmətlərin özəlləşdirilməsi ilə bağlı şərhlər verib.

O, Çinin sürətli qatarlarını misal gətirərək, digər ölkələrin ABŞ-dan qat-qat yaxşı dəmir yollarına sahib olmasının utancverici olduğunu söyləyib.

Amtrak vəziyyətinin kədərli olduğunu söyləyən Mask, "Başqa ölkədən gəlirsinizsə, lütfən, milli dəmiryolumuzdan istifadə etməyin. Bu, sizdə ABŞ haqqında çox pis təəssürat yarada bilər. Düşünürəm ki, biz fərdiləşdirilə bilən hər şeyi fərdiləşdirməliyik"-deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ