Ukrayna: Bizim kifayət qədər silahlarımız var


Ukraynanın baş naziri Denis Şmıqal ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarından sonra açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ-a göstərdiyi köməyə görə təşəkkürünü bildirən Şmıqal bildirib ki, Ukraynanın cəbhədəki fəaliyyətini davam etdirmək üçün kifayət qədər vəsaiti var.

Şmiqal həmçinin ABŞ ilə əlaqələrin davam etdirilməsinin də hədəfləri arasında olduğunu qeyd edərək, "ABŞ ilə bütün açıq kanallardan istifadə edərək işləməyə davam edəcəyik" deyib.

ABŞ rəsmiləri Ukraynaya yardımın dayandırıldığını açıqlayıb və yardımın həllə təsirini izləyəcəklərini bildiriblər. ABŞ-dakı demokrat senatorlar bu vəziyyətin Rusiya prezidenti Vladimir Putinin siyasətinə fayda verəcəyi ilə bağlı şərhlər verirlər. Senator Jeanne Shaheen bildirib ki, bu, Rusiyanın Ukraynaya hücumlarının artmasına səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31