Rusiyanın enerji şirkəti "Qazprom" xəbərdarlıq edib ki, Avropa etibarlı təbii qaz təchizatçıları tükənir və gələn qış yeraltı anbarları doldurmaqda çətinlik çəkəcək.
Turkustan.az xəbər verir ki, Qazpromun yazılı açıqlamasında Avropa təbii qaz sektorundakı inkişaflarla bağlı qiymətləndirmələr yer alıb.
Avropa ölkələrinin yeraltı anbarlarındakı təbii qazı sürətlə tükəndirdiyinə diqqət çəkən açıqlamada, 28 fevral tarixinə anbarlarda 39,2 milyard kubmetr qazın qaldığı bildirilib.
Açıqlamada hava istilərinin mövsümi normalar daxilində olmasına baxmayaraq Avropada istehlakın yüksək səviyyədə olduğu vurğulanıb.
Həmçinin Avropanın anbar doldurma dövrünə əhəmiyyətli nisbətdə boş anbar sahələri ilə başlayacağı vurğulanaraq, "Etibarlı qaz tədarükünün azaldığını nəzərə alaraq, Avropa bu il yeraltı anbar sahələrini doldurmaqda və qarşıdan gələn qışa hazırlıqda çətinlik çəkəcək" deyilib.
Aytən Yaşar/ Turkustan.az